Bu ikili standartların səbəbi nədir? - Yeganə Hacıyeva

29 Yanvar 2019 12:31 (UTC+04:00)

"Ermənistanda siyasi fəaliyyətinə görə hakimiyyətin hədəfində olan və qondarma ittihamlarla həbs edilən Mqer Yeqiazaryan ötən il dekabrın 5-dən aclıq aksiyası elan etmiş və 52 günlük aclıqdan sonra dünən təcridxanada dünyasını dəyişmişdir. Bir neçə ay öncə, Avropa Parlamenti rəsmilərinin qurumun yekdilliklə Ermənistanla Avropa Birliyi arasında çərçivə sazişi imzalanmasını təsdiqləməsi ərəfəsində, bu ölkədə Tsesna Cherer adlı bir siyasi hərəkatın 70-ə yaxın üzvü həbsdə olduğu bir dövrdə, başqaları üçün də demokratiya nümunəsi olaraq göstərdiyi Ermənistanda siyasi fəaliyyətinə görə təqib olunan məhbus keçirdiyi aclıq aksiyası nəticəsində ölmüşdür".

AzNews.az xəbər verir ki, bunu “Gənc Demokratlar” institutunun rəhbəri Yeganə Hacıyeva deyib. Onun sözlərinə görə, sazişin imzalamasından sonra da rəsmi Brüsseldən Ermənistanda formalaşan yeni rejimə ölkədəki vəziyyəti liberallaşdırması üçün maddi yardımı artırmaq tövsiyələrini də ən çox Avropa Parlamenti rəsmilərindən eşitdik:

"Ermənistanın, hətta Avrasiya İttifaqının üzvü olmasını unudaraq Avropa Birliyi ilə iqtisadi mövzularda imtiyazlar şəkilində bəzi tarif baryerlərinin götürülməsinə çağırışları da məhz Avropa Parlamentinin rəsmiləri etdi. Bilirik ki, Avropa İttifaqının 5 mühüm institutundan biri olan AP-nin fəaliyyəti, məqsədi, qayəsi, proqramları xoşməramlı olmaqla, üzv və üzvlüyə namizəd ölkələrin siyasi-iqtisadi yaxınlaşmasına, konfliktlərin həllinə töhfə və təkan vermək, irəliyə doğru inkşafa xidmət göstərməkdir. İki həftə öncə Azərbaycanda həbsxanada bir bloggerin aclıq aksiyası keçirməsi ilə bağlı təhrif olunmuş informasiyalar üzərindən Azərbaycanı hədəfə götürən və qətnamə çıxaran Avropa Parlamentınin Ermənistanda siyasi fəaliyyətinə görə təqib olunan sayt rəhbərinin, siyasi liderin həbsxanada acından ölməsi kimi daha ağır hadisəni görməzdən gəlməsi ciddi suallar doğurur. Açıq qalan suallardan biri də M.Hüseynovun məsələsi ilə bağlı ard-arda bəyanat verən Qərb siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq QHT-lər, nüfuzlu media qurumları Ermənistanla bağlı bu məsələni görməzlikdən gəlməsi və səssizliklə qarşılamasıdır".

Y.Hacıyeva vurğulayıb ki, məhz bu prosesdə hələ bir neçə ay öncə səfirlikdə oğurlanaraq, qəddarcasına öldürülən jurnalist Qaşıqçının qətlinə susan və ya aylar sonra normativ xarakterli reaksiya verən beynəlxalq dairələrin Azərbaycanda həbsxanada olan məhbusun iradəsinə zidd, üzərində oynanılan yalançı aclıq aksiyasına verdiyi ani reaksiyanı xatırlamaq yerinə düşür:

"Burada həmçinin Avropa Parlamentinin, beynəlxalq təşkilatların və beynəlxalq insan haqları QHT-lərinin öz fəaliyyətləri, müəyyənləşdirdikləri kriteriyalar, prioritetlər və prinsiplər çox düşündürücüdür. Avropa Parlamentinin, Avropa Şurasının diğər üzv dövlətləri kimi Etmənistanla da arasında əməkdaşlıqla bağlı razılaşmanın əsasını məhz demokratik islahatlar, qanunun aliliyi, yaxşı dövlət idarəçiliyi, insan haqları və fundamental azadlıqların təmin olunması prinsipləri təşkil etdiyi halda qurumun tətbiq etdiyi bu ikili standarların səbəbi nədir? Avropa Parlamentinin mövqeyinin üzv dövlətlər üçün heç bir hüquqi qüvvəsi mövcud olmadığı halda, qərarları hər hansı bir hüquqi və digər nəticələr doğurmadığı halda, yanvarın 17-də qəbul etdiyi "Azərbaycanda Mehman Hüseynovun işi" adlı qətnaməsi qurumun siyasi qərarla davam etməkdə olan hüquqi prosedurlarla müdaxilə və bir dövlətin müstəqil ədliyyə sisteminə kənar təsir cəhdi kimi nəzərdə tutulmuşdur. Həmçinin AP-nin Avropa İttifaqının əməkdaşlıq etdiyi ölkələrlə imzalanan çərçivə sazişlərini təsdiq edə biləcək orqan funksiyasını daşımadığı halda qurumun keçən il Azərbaycanla Avropa Birliyinin gələcək taleyi barədə rəsmi Brüsselə ünvanladığı qərəz dolu tövsiyyələri xatırlatmaq kifayətdir".

AzNews.az