Bütün hazırlıqlar görüldü - Hulusi Akar Münbiç əməliyyatı barədə

29 Yanvar 2019 12:34 (UTC+04:00)

"Suriyanın Münbiç şəhərində də, Fəratın şərqində də Türkiyə Silahlı Qüvvələri (TSQ) bütün hazırlıqlarını tamamlayıb, vaxtı və zamanı gəldikdə vəzifəsini yeri yetirəcək."

AzNews.az Posta-ya istinadən xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar belə deyib.

"Bəzi xainlər hadisələrdən yayındırmağa çalışaraq, "kürdlər, ərəblər" deyərək, yanlış ünvanlara yönləndirirlər, lakin TSQ-nın tək hədəfi terrorçulardır" - deyə nazir vurğulayıb.

Fəridə Abdulla

AzNews.az