Peterburqda 56 yaşlı azərbaycanlının müəmmalı ölümü

29 Yanvar 2019 13:47 (UTC+04:00)

Rusiyanın Sankt-Peterburq şəhərinin Admiralteysk rayonunun Rijski prospektindəki evlərdən birinin qarşısında cəsəd aşkar edilib.

Araşdırmalar zamanı ölən şəxsin 56 yaşlı Azərbaycan vətəndaşı olduğu aydınlaşıb.

Onun cəsədinin qeydiyyatda olduğu ünvanın qarşısında tapıldığı bildirilib.

Cəsədin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Cəsəd morqa göndərilib.(oxu.az)

© AzNews.az