Rusiya kömür ixracında rekorda nail oldu

29 Yanvar 2019 14:06 (UTC+04:00)

Rusiya Federasiyası ötən ildə 200 milyon tondan çox kömür ixrac edərək rekord göstərici əldə edib.

Bunu Rusiyanın energetika nazirinin müavini Anatoli Yanovski beynəlxalq simpoziumdakı çıxışı zamanı bildirib.

Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2017-ci ildə ölkə 181,406 milyon ton kömür ixrac edib ki, bu da əvvəlki ilə nisbətən 9,2 faiz çoxdur.(report.az)

© AzNews.az