“Zenit”in yarımmüdafiəçisi PSJ-də

29 Yanvar 2019 14:26 (UTC+04:00)

Paris təmsilçisi Rusiya "Zenit"inin yarımmüdafiəçisi Leandro Paredesi transfer edib. 25 yaşlı argentinalı oyunçu ilə 2023-cü ilin iyulunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Leandro Paredes 2017-ci ilin iyulunda "Zenit"lə 4 illik müqavilə imzalamışdı. Ölkəsinin "Boka Xuniors" komandasının yetirməsi olan futbolçu İtaliyanın "Roma", "Empoli" və "Kyevo" komandalarının da formasını geyinib. Paredes Argentina millisinin heyətində 9 oyunda meydanda olub.(report.az)

© AzNews.az