Qeyri-leqal insan tranzitinin qarşısı alınacaq
19 Aprel 2013 13:01 (UTC+04:00)
Türkiyənin daxili işlər naziri Müəmmər Gülər rəsmi Ankranın qeyri-leqal insan tranzitinin qarşısını alacağını bildirib. Bu haqda Türkiyənin TRT Haber telekanalı məlumat verib.
Onu sözlərinə görə, bu gün bir çox ölkələrdən Avropaya üz tutan qeyri-leqal miqrantlar transiz kimi Türkiyə ərazisindən istiafadə edirlər.
"Türkiyə qeyri-leqal miqrant axını ilə tez-tez üzləşir və bu maksimum həddə çatıb", - nazir bildirib.
Onun sözlərinə görə, bir çox miqarantlar Türkiyədə sənədlərini məhv etdiklərinə görə onların kimliyini təsbit etmək problem yaradır.
Nazir onu da qeyd edib ki, qeyri-leqal miqrant axını ilə təkcə Türkiyə deyil, eyni zamanda digər dövlətlər də mübarizə aparmalıdırlar.
AzNews.az