Arda Turan və qardaşı haqda istintaq başladı – VİDEO

29 Yanvar 2019 14:59 (UTC+04:00)

Türkiyənin tanınmış futbolçusu Arda Turan və qardaşı Okan Turan haqda istintaqa start verilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hər iki qardaş İstanbulun Beyoğlu bölgəsində otel tikmək üçün aldıqları ərazi ucbatından 5 mərtəbəli yaşayış evinin uçmasında ittiham edilir.

Son aylarda İstanbulda bir bina uçdu. Futbolçu Arda Turan binanın kənarında boş yer alıb otel tikməyi planlamışdı. Tikinti üçün qazılan yer yandakı binanın özülünün laxlaması ilə nəticələndi. Bunu görən sakinlər təcili təxliyyə edildi və bina bir an içində şahidlərin gözü qarşısında torpağa qarışdı.

5 mərtəbəli binada yaşayan ailələr Turan qardaşlarından itkiləri haqda ödəmə tələb etsələr də sonda bu, baş tutmadı.

Nəhayət, onlar prokurorluğa müraciət etməli oldu.

Babək Göyüş

AzNews.az