Məşhur aktrisanın dəfn mərasimində oğurluq

29 Yanvar 2019 15:20 (UTC+04:00)

Yeşilçam ulduzu Ayşən Grudanın dəfn mərasimində oğurluq hadisəsi baş verib.

Yasda tanınmış aktyor Nuri Alçonun cibindən pulu götürülüb.

Bu barədə N. Alço “İkinci Sayfa” proqramına qonaq olarkən deyib. O, vida tədbirində gözlənilməz bir hadisə ilə üzləşdiyini söyləyib:

“Çalışıram ki, bütün yas mərasimlərində iştirak edim. Amma Ayşən Grudanın dəfnində cibimdən 5 min TL pul oğurladılar. Bu, məni çox təəccübləndirdi”.(qafqazinfo.az)

© AzNews.az