AzTV-də daha bir kadr dəyişikliyi

29 Yanvar 2019 15:30 (UTC+04:00)

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları davam etdirilir.

İsmət Bünyadzadə AzTV-də Texniki istehsalat birliyinin rəisi Arzu Abbdullayevin I müavini təyin edilib.

İsmət Bünyadzadə buna qədər İctimai Televiziyada çalışırdı.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat katibi Xatirə Qasım məlumatı təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb.(modern.az)

© AzNews.az