Nigar Həsənzadənin "Biləklər" adlı kitabının təqdimatı keçirildi

29 Yanvar 2019 16:06 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzində tanınmış azərbaycan şairi Nigar Həsənzadənin "Biləklər" kitabının təqdimatı keçirilib.

AzNews.az-ın məlumatına görə tədbirdə mədəniyyət nümayəndələri, ictimai xadimlər, şairin yaxınları və oxucular iştirak ediblər.

Nigar Həsənzadə çıxış edərək Azərbaycan Mədəniyyət Nazirliyinə, Beynəlxalq Muğam Mərkəzinə, "Asan" radionun kollektivinə və "Şərq-Qərb" nəşriyyatına minnətdarlığını bildirib. Daha sonra şair yeni kitabından şeirlər səsləndirib.

Qeyd edək ki, Nigar Həsənzadə Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılan “Söz” ədəbi layihəsinin rəhbəridir.

AzNews.az