Xanım prezident Trampa məktub yazdı

29 Yanvar 2019 16:00 (UTC+04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ və Rusiya dövlət başçılarının görüşündən əvvəl amerikalı həmkarı Donald Trampla görüşmək istəyir.

Zurabişvili bununla bağlı ABŞ prezidentinə məktub ünvanlayıb.

Bu barədə Gürcüstan prezidentinin özü məlumat verib:

“Tramp və Putin arasında görüş keçiriləcək. Görüşün gündəmi məlum deyil. Bizim üçün əhəmiyyətli olan budur ki, Amerika prezidenti ilə görüşmək fürsətimiz var. Trampı bizi narahat edən məsələlərdən xəbərdar etmək istəyirik. O da bu məsələlərin bizi nə qədər narahat etdiyini bilir”.

Zurabişvili qeyd edib ki, bu məsələləri ABŞ prezidentinin diqqətinə çatdırmaq üçün Trampdan Putinlə görüşdən əvvəl onu qəbul etməsini xahiş edib.(teleqraf.com)

© AzNews.az