“CinemaPlus”da popkorn festivalı - FOTO

29 Yanvar 2019 16:34 (UTC+04:00)

Yanvarın 29-da “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında popkorn festivalı keçirilib.

AzNews.az-ın məlumatına görə festivalın qonaqları bütün gün ərzində müxtəlif popkorn növlərini dequstasiya ediblər: küncütlü, karamelləşdirilmiş, meyvəli-şokoladlı, duzlu və şirin.

Həmçinin onlar üçün maraqlı sürpriz hazırlanıb: DJ, animator, hündür boylu kuklalar, uzunayaqlı, sehrbaz, fotoqraf və videoqrafın iştirakı ilə şou-proqram təşkil olunub.

Qonaqlar və tamaşaçılar böyük məmnuniyyətlə popkorn festivalına qatılıb, müsabiqələrdə iştirak edib, xatirə şəkilləri və selfi çəkdiriblər.

Tədbirin təşkilində dəstəyi KR Production göstərib.

AzNews.az