Sərnişin stüardessanı döydü - Təyyarə təcili eniş etdi

29 Yanvar 2019 17:13 (UTC+04:00)

Sankt-Peterburqdan Antalyaya uçan "Rossiya" aviaşirkətinə məxsus təyyarə Soçi aeroportuna təcili eniş etməli olub.

AzNews.az İnterfaks-a istinadən xəbər verir ki, buna səbəb uçuş zamanı sərnişinin stüardessanı döyməsidir. Təcili eniş də elə stüardessaya tibbi yardımın göstərilməsinə görə edilib.

Fəridə Abdulla

AzNews.az