Mətanət Əsədova sevgilisindən danışdı: “Qarşıma çıxan “kitayski” saqqız...” - VİDEO

29 Yanvar 2019 17:12 (UTC+04:00)

Müğənni Mətanət Əsədova bütün tamaşaçılarını aldatdığını etiraf edib.

AzNews.az xəbər verir ki, sənətçi ATV televiziyasında “Şou-ATV” verilişində həyatında heç kim olmadığını deyib:

“Düzünü deyim, hamısı boş şeydir. Yalandır. Qarşıma çıxan “kitayski” saqqız tez cürüyür e, ondandır. Yoxdur, olmayacaq da. Bilirsən niyə olmayacaq? O, bir kərə oldu. Mən həmin insanın özünə də demişəm. Demişəm ki, mən bir kərə sevildim. O sevgi də getdi. Kaş ki, o mənim həyatıma yazılaydı. Onu özüm itirdim, günah məndədir. O, qızıl hərflərlə ürəyimin ortasına yazıldı. Amma o insanın başqa bir işi də var. Hazırda ailəlidir. Allah bu gündən sonra mənim xoşbəxtliyimi alıb, ona yazsın. Çünki 4-5 il də olsa, mən onun yanında özümü xanım kimi hiss etdim”.

Qeyd edək ki, son zamanlar Mətanət Əsədova televiziya kanallarında sevgilisi olduğunu açıqlayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az