ABŞ dövlət katibinin köməkçisinin müavini Bakıya gəlir

29 Yanvar 2019 18:19 (UTC+04:00)

ABŞ dövlət katibinin köməkçisinin müavini Sandra Oudkirk fevralda Bakıya səfər edəcək.

Bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən məlumat veriblər.

Məlumata əsasən, S.Oudkirk “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının beşinci iclasında iştirak edəcək.

Qeyd edək ki, Məşvərət Şurasının beşinci iclası fevralın 20-də keçiriləcək.

AzNews.az