XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü barədə

29 Yanvar 2019 20:23 (UTC+04:00)

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün yeri və vaxtı hələ ki, müəyyənləşməyib, lakin hər şey mümkündür.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib: "Azərbaycan tərəfi danışıqların sadəcə danışıqlar xatirinə deyil, nəzərə çarpacaq nəticələrə yönəlməsini dəstəkləyir və bu bizim prinsipial mövqeyimizdir".

AzNews.az