Goranboyda 26 yaşlı qadın xəstəxanada öldü

29 Yanvar 2019 22:56 (UTC+04:00)

Goranboy rayonunda ağır halda xəstəxanaya yerləşdirilən qadın orada dünyasını dəyişib.

Rayonun 1993-cü il təvəllüdlü Safıkürd kənd sakini E.R-ova qanaxma ilə ağır halda xəstəxanaya aparılıb.

Qadın xəstəliyindən əziyyət çəkdiyi bildirilən xəstəyə göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az