Şirvanda qadın özünü asaraq intihara cəhd edib

29 Yanvar 2019 23:09 (UTC+04:00)

Şirvan şəhərində intihara cəhd hadisəsi baş verib.

1973-cü il təvəllüdlü yerli sakin İsgəndərli Məlahət Səfayət qızı özünü asaraq intihara cəhd edib.

Yaxınları tərəfindən xilas edilən qadın Şirvan Mərkəzi Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Asfeksiya diaqnozu qoyulan qadın hazırda komatoz vəziyyətdə süni nəfəs aparatına qoşulub. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (report)

AzNews.az