Messi ilin ən yaxşısı seçildi

30 Yanvar 2019 09:20 (UTC+04:00)

İspaniyanın “Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi “El Mundo Deportivo” idman qəzetinin təşkil etdiyi 71-ci “Qrand qala” gecəsində 2017-2018-ci il mövsümünün ən yaxşı futbolçusu seçilib.

Tədbirdə “Barselona” klubunun prezidenti Xosep Bartomeu, eləcə də İvan Rakitiç, Samuel Umtiti, Andres İniesta, qadın futbolçulardan Klaudi Pina və basketbolçu Xuan Karlos Navarro iştirak ediblər.

2017-2018-ci il mövsümündə “Barselona”nın heyətində növbəti dəfə İspaniya çempionu olan L.Messi La Liqada 34 qol vuraraq karyerasında beşinci dəfə “Qızıl buts” mükafatına layiq görülmüşdü.(teleqraf.com)

© AzNews.az