Bu qəsəbələrdə su olmayacaq

30 Yanvar 2019 09:27 (UTC+04:00)

Bu gün Saray və Ceyranbatan qəsəbələrinə, həmçinin Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən verilən məlumata görə, məhdudiyyətlər magistral su xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

© AzNews.az