Oğurlanmış rəsm əsərini başqa muzeyə aparacaqlar - FOTO

30 Yanvar 2019 10:10 (UTC+04:00)

Yanvarın 27-də Tretyakov qalereyasından oğurlanmış Arkip İvanoviç Kuincinin “Ay-Petri. Krım” tablosu Rusiya dövlət muzeyinə göndəriləcək.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Mədəniyyət nazirliyinin muzey departamentinin rəhbəri Vladislav Kononov bildirib.

Mərasimdə Tretyakov qalereyasının direktoru Zelfira Trequlova və Rusiya dövlət muzeyinin direktoru Vladimir Qusev də iştirak edəcək.

Oğurluq yanvarın 27-də Tretyakov qalereyasının Mühəndislik korpusunda keçirilən Kuincinin əsərlərindən ibarət sərgidə baş verib. Oğru tablonu sərgi zamanı ziyarətçilərin gözü qarşısında sakitcə götürərək, oranı tərk edib.

Şahidlərdən biri deyir ki, oğru inamlı addımlarla gələrək divardan tablonu götürdü.

"Biz elə bildik ki, qalereyanın əməkdaşlarından biri tablonun yerini dəyişmək istəyir. Sakit addımlarla da rəsm əsərini götürdü və çıxıb getdi. Bir neçə dəqiqə sonra isə mühafizə əməkdaşları tablonun oğurlandığı yerə gəldilər."

Arkip Kuinci 1898-1908-ci illərdə işlədiyi tabloda Krımın başı qarlı Ay-Petri dağını təsvir edib. Tablo 12 milyon rubla (309,600 manat) sığortalanıb.

Fəridə Abdulla

AzNews.az