Axtarışda olan oğru həbs edildi

30 Yanvar 2019 10:37 (UTC+04:00)

Qəbələdə əvvəllər də məhkum olunmuş axtarışda olan şəxs saxlanılıb.

Bu barədə AzNews.az-a Şirvan bürosuna DİN-in mətbuat xidməti Şəki regional qrupundan məlumat verilib.

Belə ki, Qəbələ rayon Polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Vəndam qəsəbə sakini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə ) maddələri ilə axtarışda olan, əvvəllər də məhkum olunmuş Cavidan Məhyəddinli rayonun Vəndam qəsəbəsi ərazisində saxlanılaraq rayon Polis şöbəsinə gətirilərək İstintaq bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az