Gömrükçülər Heydər Əliyevin məzarını ziyarət etdi

30 Yanvar 2019 10:56 (UTC+04:00)

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) yaradılmasından 27 il ötür.

AzNews.az xəbər verir ki, gömrük əməkdaşlarının peşə bayramı münasibətlə komitənin sədri Səfər Mehdiyev və komitənin kollektivi Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Görkəmli oftolmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib.

DGK-nın kollektivi daha sonra Şəhidlər Xiyabanında dövlət müstəqilliyi və ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın məzarlarını ziyarə edərək "Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Nigar Cəfər

AzNews.az