Jurnalistlərlə danışan Chole ötən aylarda Miamidə keçirdiyi yol qəzası haqqında danışıb.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, model keçirdiyi qəzadan sonra çətin günlər yaşadığını deyib.
“Heç kim o zamanı bilmir, heç bir şey paylaşmamışam. Qəzadan sonra çətin günlər yaşadım. Heç kimlə danışmadım. Həm vücudum əzilmişdi, həm də həvəsim pozulmuşdu. Ailəmin yanına getmək mənə yaxşı təsir etdi”.
Əri Serdar Ortaçın yanına gəlməməsinə görə ondan incik olan irlandiyalı model belə deyib:
“Həmin vaxt mənim çox işlərim var idi. Ərimə əsəbi deyləm, təbii ki. O da burada xəstə idi və işləri vardı. Ora uzaq idi, asanlıqla gələ bilməzdi. Hər gün “FaceTime”də danışmışıq”.
Yeliz Yeşilmenin onların evliliyi haqqında verdiyi şərhlərlə bağlı Chloe bunları bildirib:
“Hər kəsin öz fikri var. O insanla tanış deyiləm, tanımıram. İnstagramda sadəcə işlərimizi paylaşırıq. Bizim özəl həyatımızı heç kim bilmir. Çox normal bir cütlüyük. Bu fikirlər haradan yaranır, anlamıram”.
Xatıladaq ki, Yeşilmen bir verilişdə belə deyib:
“Chloenin Serdarı çox sevdiyini düşünmürəm. Bu günə kimi Serdarla belə yaxın olduğunu görməmişəm. Çox soyuq və tərs bir qızdır. Serdar Ortaç hazırkı xəstə vaxtında kaş ki, daha yaxşı biri ilə olaydı”.
Səidə Nurməmmədli
AzNews.az