Qara Qarayevin xatirəsi yad olunacaq

30 Yanvar 2019 11:45 (UTC+04:00)

Görkəmli bəstəkar Qara Qarayev öz adını daşıyan muzeydə yad olunacaq.

AzNews.az-ın məlumatına görə, Musiqi Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə reallaşacaq tədbir fevralın 4-də gerçəkləşəcək.

Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından ibarət fotosərgi açılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs olunacaq. Tədbir bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edəcək.

AzNews.az