49 yaşlı aktrisa geyimi ilə göz qamaşdırdı - FOTO

30 Yanvar 2019 11:48 (UTC+04:00)

49 yaşlı amerikalı aktrisa Taraji P. Henson yeni filminin qala gecəsində geyindiyi paltarla gözləri qamaşdırıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Hollivudda bütün aktyorların xəyalı olan “Walk of Fame” qalasında dünən yer alan aktrisa göz yaşlarına boğulub.

O, bu günə qədər bir çox vacib filmdə və serialda çəkilərək bacarığını sübut edib.

Henson qaradərili aktyorlar arasında seçilənlərdəndir.

Tədbirdə çıxış edən aktrisa bütün uğurlarına baxmayaraq onun üçün ən vacib şeyin ailə olduğunu vurğulayıb.

Henson “What Men Want” (Kişilər nə istəyir) adlı yeni filmdə baş rolda oynayıb.

Film ABŞ-da fevralın 8-də ekranlara çıxacaq.

Pərvanə Ağazadə

AzNews.az