Necati Şaşmaz boşanır

30 Yanvar 2019 12:55 (UTC+04:00)

“Kurtlar Vadisi” serialı ilə ulduzu parlayan Necati Şaşmaz xanımı Nagehan Şaşmazla boşanır.

Bu barədə Kanal D-də yayımlanan “İkinci Sayfa” proqramında məlumat verilib.

N. Şaşmazın vəkili verilişdə geniş bir açıqlama yayaraq 7 illik ailə həyatının sona çatdığını bildirib: “Cütlük dəfələrlə ayrılıb, daha sonra barışıb. Onlar bir-birilərinə şans versələr də, bu dəfə alınmayıb. Necati bəy məhkəməyə müraciət edib. Çəkişməli bir boşanma prosesi olacaq”.

Qeyd edək ki, cütlüyün bu nikahdan iki övladı dünyaya gəlib.(qafqazinfo.az)

© AzNews.az