Banqkokda 450-yə yaxın məktəb bağlandı, səbəbi...

30 Yanvar 2019 13:10 (UTC+04:00)

Banqkokun hakimiyyət orqanları şəhərin üzərində atmosferin həddə artıq çirklənməsi səbəbindən yanvarın 30-da 450-yə yaxın məktəbdə məşğələləri dayandırmaq barədə qərar qəbul edib.

Tailandın paytaxtı artıq bir neçə həftədir ki, tüstü ilə örtülüb. Bu səbəbdən şəhər sakinləri evlərindən çıxarkən qoruyucu maska taxmaq məcburiyyətində qalıb.

Tüstü nəqliyyat vasitələri, iri miqyaslı tikinti işləri, həmçinin sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gəlib.(AZƏRTAC)

© AzNews.az