Tanınmış aparıcıda xərçəng aşkar edildi

30 Yanvar 2019 14:11 (UTC+04:00)

Space Televiziyasının aparıcısı, tanınmış jurnalist Tahirə Məmmədqızında xərçəng aşkar edilib.

AzNews.az xəbər verir ki, bu barədə aparıcının özü məlumat yayıb.

Tahirə Məmmədqızı bədəninin müxtəlif nahiyyələrində şişin olduğunu deyib:

“10 günə onkoloji xəstəliklə əlaqədar ağır əməliyyata gedirəm. Allah bütün bəndələrinə kömək olsun. Adətən xəstəlik bir sınaq sayılır. Deyəsən bu sınaqdan bir dəfə də keçməli olacam".

AzNews.az