Bank soymaq istəyən şəxs saxlanıldı

30 Yanvar 2019 14:54 (UTC+04:00)

Türkiyənin Adana şəhərində bir bankı soymaq istəyən 28 yaşlı A.Şehmuz yaxalanıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, A.Şehmuz banka girərək mühafizə xidmətində çalışan G.Gülşahın boğazına bıçaq dayayaraq bank işçilərindən 100 min lirə pul tələb edib.

Pulu alıb qadınla çölə çıxan şəxs 30 metr yeridikdən sonra sivil polislər tərəfindən zərərsizləşdirilib.

G.Gülşah hadisədən zərər çəkmədən xilas ola bilib.

Polis bölməsinə gətirilən A.Şehmuz izahatında pula ehtiyacı olduğunu deyib.

Nigar CƏFƏR

AzNews.az