Ərdoğan Rusiyaya gedir

30 Yanvar 2019 14:55 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il aprelin əvvəllərində Rusiyaya səfərə gedəcək.

“Sputniknews” xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Xalıq Dursun iki ölkə başçılarının aprelin 8-də Moskvadakı Bolşoy Teatrında Rusiya – Türkiyə Mədəniyyət İlinin rəsmi açılış mərasimində iştirak edəcəklərini bildirib.

O, Moskvadakı Yunus İmrə Mədəniyyət İnstitutunda keçirilən “Türkiyə - dünyanın ən böyük muzeyi” sərgisinin açılışında çıxışı zamanı bu barədə tam rəsmi açıqlama verilməsə də, indi hazırlıqlar aparıldığını söyləyib.

Onun sözlərinə görə, "Mədəniyyət ili"nin açılışında Türkiyə sənətkarları tərəfindən “Troya” operasının səhnəyə qoyulacaq: “Gücləndirilən siyasi əlaqələrimiz bütün dünyada müzakirə olunur, ən yüksək səviyyədə bir çox görüşlər keçirilir. “Troya” operasındakı görüş də bu prosesə gözəl bir töhfə və dünyaya nümunə olacaq”.(report.az)

© AzNews.az