10 metri aşan qarda kəndlərə yol açmağa çalışırlar - FOTO

30 Yanvar 2019 15:21 (UTC+04:00)

Qarın qalınlığının dağlıq hissələrdə 10 metrə çatdığı deyilən Muşda qarı öncə qar təmizləyən maşınla dağıdır, sonra isə qar sovurma maşını ilə təmizləyirlər.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Şərqi Anadolu bölgəsindəki şəhərlərdən Van, Hakkari, Muş və Bitlisin qar yağması səbəbi ilə 296 yaşayış məskəni ilə əlaqəsi kəsilib.

Nəticədə Üçevlər deyilən yol təxminən 20 gündür bağlı qalıb.

Şəhərin idarəetmə nümayəndələri yolu açmaq üçün çalışırlar. Onların məqsədi yolu 2-3 günə açmaqdır.

Səidə Nurməmmədli

AzNews.az