Fransada 41 min ev elektriksiz qalıb

30 Yanvar 2019 15:17 (UTC+04:00)

Bu barədə Fransanın “Enedis” elektrik təchizatı kompaniyasının məlumatında deyilir. Hazırda kompaniyanın əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Axşam saatlarında regionda elektrik enerjisinin tam bərpa olunacağı gözlənilir.

“Qabriel” qasırğası yanvarın 30-na keçən gecə Fransa ərazisinə çatıb. Qasırğa sürəti saatda 110 kilometrə çatan güclü küləklərlə və intensiv qar yağması ilə müşayiət olunub. Bəzi yerlərdə qarın qalınlığı 10 santimetrə çatıb.

Fransanın meteoroloji xidmətinin məlumatına görə, hazırda “Qabriel” qasırğası ölkəni tərk edərək Almaniya ərazisinə doğru istiqamətlənib.(AZƏRTAC)

© AzNews.az