Qaraçay-Çərkəz Respublikasının rəhbəri Azərbaycana gəlir

30 Yanvar 2019 15:41 (UTC+04:00)

Fevralın 1-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində görüşlər keçiriləcək, ölkəmizlə Qaraçay-Çərkəz Respublikası arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları müzakirə ediləcək.

Qaraçay-Çərkəz Respublikası nümayəndə heyəti səfər zamanı bir sıra müəssisələrdə də olacaq.

© AzNews.az