Radio D-nin tanınmış aparıcısı Eftalya həftə içi hər gün Türkiyənin Kanal D televiziyasında yayımlanan "2 Sayfa" verilişində qonaq olub.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, tamaşaçıları təəccübləndirən bir açıqlama ilə çıxış edib.
Eftalya məşhurlardan zaman-zaman qəribə mesajlar gəldiyini deyib:
"Son olaraq müğənni Rafet El Roman mənə mesaj yazdı, çox təəccübləndim. "Gözəlsən, cazibədarsan, amma yalnızsan. Mən bu həyatı anlamıram" yazıb mənə".
Səidə Nurməmmədli
AzNews.az