Salanın olduğu təyyarənin qalığı tapıldı

30 Yanvar 2019 19:40 (UTC+04:00)

Fransada argentinalı futbolçu Emiliano Salanın da içərisində olduğu itmiş təyyarəyə aid hissələr tapılıb.

Laynerin oturacağına aid hissə Suraynvill çimərliyində aşkarlanıb.

Xatırladaq ki, Sala yanvarın 22-də Nantdan Kardiffə uçarkən təyyarəsi La-Manş boğazı üzərində radardan itib. Xilasedicilər 2 günlük axtarışdan sonra heç nə əldə edə bilmədiyindən axtarışları dayandırmışdılar. (qafqazinfo)

AzNews.az