Məşhur brendin yeni loqosu lağa qoyuldu - FOTO

30 Yanvar 2019 21:45 (UTC+04:00)

Məşhur geyim brendi “Zara”nın yeni loqosu sosial şəbəkədə lağ obyektinə çevrilib.

Loqoda hərflərin iç-içə keçməsi, “z” və “r” hərflərinə quyruq əlavə edilməsi brendin adının oxunuşunu çətinləşdirib.

Hərflər arasındakı məsafənin azaldılması qrafik dizaynerlər arasında mübahisəyə səbəb olub. Sosial şəbəkə izləyiciləri isə şriftləri dəyişməklə markanın gələcək adını “proqnozlaşdırıblar”. (qafqazinfo)

AzNews.az