Tehranda it gəzdirmək qadağan edildi

30 Yanvar 2019 21:57 (UTC+04:00)

İranın paytaxtı Tehranda küçədə it gəzdirmək qadağan edilib.

Xalqı it bəsləməkdən yayındırmağı nəzərdə tutan qadağaya görə, sakinlər avtomobillərində belə heyvan gəzdirə bilməyəcəklər. Tehranın polis rəisi Hüseyn Rəhimi “5 il əvvəl də parlamentə it gəzdirənlərin cərimələnməsi, yaxud qamçılanmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib” deyib.

Rəhimi qadağanın səbəbini “itlərin xalq arasında qorxu saçması və narahatlığa səbəb olması” ilə izah edib.

Qeyd edək ki, İranda dindarlar itlərin təmiz olmadığını bildirir və it saxlamağın Qərb siyasətinin simvollarından biri kimi görürlər. 2010-cu ildə mədəniyyət naziri heyvanlarla bağlı məhsulların reklamını qadağan edib. (qafqazinfo)

AzNews.az