Bolqarıstan avrozonaya daxil ola bilər

31 Yanvar 2019 09:11 (UTC+04:00)

Bu barədə Bolqarıstanın maliyyə naziri Vladislav Qoranov Avropa Komissiyasının bu ölkədəki nümayəndəliyinin təşkil etdiyi toplantıda aparılan müzakirələr zamanı bildirib.

Nazir qeyd edib ki, bu ilin iyulunda ölkə avrozonaya daxil olmaq üçün “gözləmə” mərhələsinə keçəcək. Adətən bu mərhələ iki il çəkir. Avroya keçid zamanı qiymətlərin artımı birdən baş verməyəcək. Bolqarıstanın avrozonaya daxil olması ölkəyə yalnız fayda gətirəcək.(AZƏRTAC)

© AzNews.az