“Tesla” 1 milyon dollara yaxın ziyana düşdü

31 Yanvar 2019 09:23 (UTC+04:00)

Amerikanın məşhur avtomobil istehsalçısı “Tesla” şirkəti 2018-ci ili zərərlə başa vurub.

“RİA Novosti” xəbər verir ki, şirkət tərəfindən açıqlanan hesabatda ötən ilin ümumi gəlirinin 21,5 milyard dollar olduğu vurğulanıb.

Bu isə 2017-ci ilə nisbətən 976 milyon dollar daha azdır.

“Tesla” bu səbəbdən 2019-cu ildə “Models S” və “Model X” avtomobillərinin satış həcmini azaldacağını elan edib.(qafqazinfo.az)

© AzNews.az