Almaniyanın İrəvandakı səfirliyinin qarşısında etiraz aksiyası

31 Yanvar 2019 09:51 (UTC+04:00)

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdarları Almaniyanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Təşkilatçılar Almaniya səfirinə məktub təqdim ediblər.

Onlar diplomatdan məktubu Almaniya kansleri Angela Merkelə təqdim etməyib xahiş ediblər. Məktubda Robert Koçaryanın həbsinin qanunsuz olduğu vurğulanıb.

Təşkilatçılar sabah-fevralın 1-də yenidən diplomatik korpusun qarşısına toplaşmağa qərar veriblər.

Həmin gün Almaniya kansleri Angela Merkel Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.(report.az)

© AzNews.az