Çaqqal qoyun sürüsünə hücum etdi - Çoban yaralandı

31 Yanvar 2019 10:13 (UTC+04:00)

Hadisə rayonun Ağacanlı kəndində baş verib. Kənd sakini 1950-ci il təvəllüdlü Mətləb Mirzəyev sahədə qoyun otararkən çaqqal sürüyə hücum edib. Qoyunları vəhşi heyvanın hücumundan qoruyarkən 68 yaşlı kənd sakini özü də onun hücumuna məruz qalıb. O, çaqqalı öldürsə də, yırtıcı heyvan onun barmağını qoparıb və ayağını yaralayıb.

Həkimlər kənd sakininə yardım edib, ona quduzluq əleyhinə vaksin vurulub.(AZƏRTAC)

© AzNews.az