İstanbulda ağır qəza - Ölənlər var

31 Yanvar 2019 10:19 (UTC+04:00)

İstanbulun Göktürk bölgəsində Antalyaya gedən sərnişin avtobusu aşıb.

Qəza nəticəsində üç nəfər həlak olub, 21 nəfər yaralanıb.

Sərnişinlərdən ikisi hadisə yerində, biri xəstəxanada ölüb.

Qəza ilə bağlı araşdırma aparılır.(AZƏRTAC)

© AzNews.az