Kanada Kubadakı diplomatlarının yarısını azaldır

31 Yanvar 2019 10:25 (UTC+04:00)

Kanada hökuməti Kubadakı səfirliyində fəaliyyət göstərən diplomatlarının yarısını geri çağırır.

Bu barədə "Associated Press" agentliyi xəbər verir.

Kanada Xarici İşlər Nazirliyindən bildirilib ki, belə addım diplomatların "sirli" sağlamlıq problemləri ilə əlaqədar şikayət etmələri ilə əlaqədardır.

2017-ci ilin əvvəlindən artıq 14 diplomatda heç bir xəstəliyi göstərməyən müxtəlif simptomlar aşkar edilib.

Qeyd olunur ki, Kanadanın Havanadakı səfirliyində çalışan 16 diplomatdan 8-i geri çağırılacaq.(report.az)

© AzNews.az