Baba və nənə 11 aylıq nəvələrini sobada diri-diri yandırdı - VİDEO

31 Yanvar 2019 10:41 (UTC+04:00)

Rusiyada qorxunc cinayət hadisəsi baş verib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, 47 yaşlı kişi 42 yaşlı həyat yoldaşı ilə birgə nəvələrini diri-diri yandırıblar.

Hadisə Xakasiyanın Taştıp rayonunda qeydə alınıb.

Yanvarın 29-da ana 11 aylıq uşağını ata və anasına tapşıraraq qonşu kəndə gedib.

Bu vaxt isə ər-arvad içiblər və uşağı yanan sobanın içinə tullayıblar.

İnsidentlə bağlı cinayət işi açılıb.

Babək Göyüş

AzNews.az