Bakı-Gəncə sürət qatarında gediş haqqı azaldılır

31 Yanvar 2019 10:44 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC fevralın 4-dən Bakı-Gəncə sürət qatarının hərəkət qrafikini və gediş haqqını dəyişir.

Gələn həftədən qatar hər gün saat 08:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək.

Qatarın yolda olma vaxtı 4 saat 15 dəqiqə təşkil edəcək.

Bundan başqa, standart vaqonlarda gediş haqqı qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif (first class) və biznes vaqonlarda isə gediş haqqı dəyişilmədən saxlanılacaq. Standart vaqonlarda səhər yeməyinin və sərinləşdirici içkilərin pulsuz verilməsi isə dayandırılacaq. Sərnişinlər istədikləri zaman, qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər. Qeyd edək ki, birinci sinif (first class) və biznes vaqonlarda yemək və sərinləşdirici içkilərin verilmə qaydası dəyişməz olaraq qalacaq.(report.az)

© AzNews.az