Pedofiliyaya görə ittiham olunan rejissor - 40 milyon qazandı

31 Yanvar 2019 11:33 (UTC+04:00)

53 yaşlı rejissor Bryan Singer "Bohemian Rhapsody" filminin çəkilişlərinin ortasında çəkiliş meydançasından qovulmasına baxmayaraq, bu ekran işinə görə 40 milyon dollar (68 milyon manat) gəlir əldə edib.

AzNews.az The Hollywood Reporter-ə istinadən xəbər verir ki, rejissor çəkilişlərin bitməsinə iki həftə qalmış qovulmuşdu. Buna baxmayaraq adı titrlərə salınıb.

Dünya premyerası 2018-ci il oktyabrın 23-də baş tutan ekran əsəri 52 milyon dollara çəkilib, indiyə qədər 817 milyon dollardan artıq gəlir gətirib. Müqaviləyə əsasən, bu gəlirin 40 milyonu rejissora çatıb. Film həmçinin 5 nominasiyada Oskara namizəddir.

Qeyd edək ki, 2017-ci ildə Brayan Singer 17 yaşlı yeniyetməni zorlamaqda ittiham edilirdi.

Sesar Sançes-Quzman 2003-cü ildə rejissorun qurbanı olub.

O bildirib ki, zorakılığa yaxtanın içində məruz qalıb. Həmin vaxt onun 17 yaşı var idi. Rejissor bu ittihamları rədd edib.

Fəridə Abdulla

AzNews.az