Ağ Evin sözçüsü: “Trampı Allah istədi...”

31 Yanvar 2019 11:11 (UTC+04:00)

2016-cı ildə Donald Trampın prezident seçilməsini hər kəsdən əvvəl Allah istəyib.

Bu bəyanatla Ağ Evin sözçüsü Sara Sanders CBN-ə qatıldığı proqramda deyib.

Allahın hər kəs üçün bir rol ayırdığını vurğulayan Ağ Evin mətbuat katibi qeyd edib ki, Tanrı Donald Trampın prezident olmasını istəyib: “Trampın prezident olmasının səbəbi budur”.

Mətbuat katibinin sözlərinə görə, Tramp vəzifədə olduğu müddətdə inanclı şəxsləri təmsil edib və bir sıra uğurlu layihələrə imza atıb.

Sara Sanders Suriya haqqında danışarkən deyib ki, ABŞ bu ölkədən çıxdıqdan sonra bölgədə xristian və kürdlərin zərər görməməsini təmin edəcək: “ABŞ bu mövzuda Türkiyə ilə təmaslarını davam etdirir”.(teleqraf.com)

© AzNews.az