İstanbulda əməliyyat - 850 kilo heroin ələ keçirildi

31 Yanvar 2019 11:26 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərinin valisi Ali Yerlikaya 850 kilo heroinin ələ keçirildiyini açıqlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, verdiyi açıqlamada “İstanbul polis bölməsinin əməkdaşlarının Sultanbeyi və Sarıyer ərazisində apardığı əməliyyatlarda 850 kilo heroin ələ keçirilib, iki nəfər saxlanılıb” deyib.

Nigar CƏFƏR

AzNews.az