Gənc qadın körpəsini tanışına hədiyyə etdi

31 Yanvar 2019 11:29 (UTC+04:00)

Rusiyanın Xabarovsk şəhərinin məhkəməsi yeni doğulmuş körpə qızını tanışına hədiyyə edən qadına üç il şərti cəza verib.

Sentyabrın 14-də 23 yaşlı qadın xəstəxanaların birində qız uşağı dünyaya gətirib.

Dörd gün sonra o, öz uşağı kimi tərbiyə etmək üçün körpəni 26 yaşlı tanışına verib. Xabarovsk vilayətinin istintaq komitəsinin məlumatına görə, bundan sonra qadın uşağı “surroqat ana” vasitəsilə dünyaya gətirməsi kimi qeydiyyata almağa çalışıb.

Gənc ananın sözlərinə görə, o, uşağı dünyaya gətirməyi planlaşdırmayıb və pula ehtiyacı olub. Körpəni ixtisaslaşmış analar evinə göndəriblər, qadın isə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi (insan alqı-satqısı) üzrə cinayət işinə cəlb edilib.

Ana uşaqdan imtina etməsi haqqında ərizə yazıb və hazırda onun valideynlik hüququndan mərhum edilməsi məsələsi müzakirə olunur.(oxu.az)

© AzNews.az